dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda 23 nəfərə qarşı dələduzluq etmiş şirkət rəhbərinin apelyasiya şikayətinə baxılır

Bakıda 23 nəfərə qarşı dələduzluq etmiş şirkət rəhbərinin apelyasiya şikayətinə baxılır

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan "200" MTK-nın rəhbəri Etibar Fərziyev, onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov və Arzu Ağalarovun barələrindəki hökmdən verdikləri şikayət üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Məhkəmə baxışı fevralın 3-ə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşların etibarından sui-istifadə edərək, bir mənzili bir neçə şəxsə satmaqla dələduzluqda təqsirli biliniblər. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunublar. İş üzrə 23 nəfər zərərçəkmiş var.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən E. Fərziyev 10 il, E.Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. R.Şükürov və A.Ağalarov isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tədbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Təqsirləndirilən şəxslər məhkəmə hökmündən narazı qaldıqlarından apelyasiya şikayəti verib.

Oxunub: 412
Oxşar xəbərlər
SON XƏBƏRLƏR