dini radikalizm və ekstremizmlə mübarizə

Ruhi xəstəni öldürüb yol kənarına atdılar – Abşeronda şok olay

Ruhi xəstəni öldürüb yol kənarına atdılar – Abşeronda şok olay

Abşeron rayonunda ruhi xəstə qətlə yetirilib.

Djb.az xəbər verir ki, Abşeron rayon Polis İdarəsinə Hökməli qəsəbəsində yaşayan ruhi xəstə Ceyhun Əhmədovun yanvarın 8-də evdən çıxaraq geri qayıtmaması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

C.Əhmədovun üzərində zorakılıq əlamatləri olan meyitinin yanvarın 21-də Çaylı kəndi ərazisindən keçən çayda tapılması faktı ilə əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat tədbirləri ilə C.Əhmədovun yanvarın 8-də saat 20 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində “Ford Tranzit” markalı avtomobillə vurulduqdan sonra qeyd edilən nəqliyyat vasitəsində sürücü və sərnişini tərəfindən aparıldığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin sürücüsü, Xırdalan şəhər sakini H.Xudiyev və sərnişini, Bakı şəhər sakini S.Köçərili saxlanılıblar.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. /Teleqraf.com/

Oxunub: 407
Oxşar xəbərlər
SON XƏBƏRLƏR