» » Rüşvət almasına dair görüntüləri yayılan DYP əməkdaşı işdən çıxarılıb

Rüşvət almasına dair görüntüləri yayılan DYP əməkdaşı işdən çıxarılıb

Rüşvət almasına dair görüntüləri yayılan DYP əməkdaşı işdən çıxarılıb

Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət almaqda şübhəli bilinən polis əməkdaşını işdən çıxarıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev APA-ya bildirib ki, Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə yol polisinin yük maşınlarının sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Görüntülərdə yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub.

Xatırladaq ki, xəbəri ilk unikal.org saytı yayıb.
Oxşar xəbərlər
«    Ocak 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031