» » Anasının eyvanda unutduğu körpə faciəvi şəkildə öldü

Anasının eyvanda unutduğu körpə faciəvi şəkildə öldü


Rusiyanın Xabarovsk vilayətinin Nikolayevsk şəhərində yeddi aylıq körpənin eyvanda soyuqdan öldüyü faciə haqqında ətraflı məlumat yayılıb.

REN TV-nin xəbərinə görə, hadisə Orlova küçəsində yerləşən yaşayış binasında baş verib.

Belə ki, 40 yaşlı ana uşağını təmiz hava alması üçün arabada eyvana qoyub.

Qadın körpəni bir neçə dəqiqədən sonra götürməyi düşünsə də, uşağın çöldə olması yalnız beş saatdan sonra onun yadına düşüb. Amma artıq gec olub, uşaq soyuqdan donaraq ölüb.

Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanları cəlb edilib. Ölüm faktı Xabarovsk vilayətinin Səhiyyə İdarəsi tərəfindən təsdiqlənib.

Faciəvi hadisə ilə bağlı insanlara müraciət edən idarədən bildirilib ki, valideynlər uşaqlarına qarşı diqqətli olsunlar:

“Övladlarınıza təhlükələr barədə danışın, sizin bir neçə dəqiqə vaxtınızı alan söhbət uşağınızın həyatını xilas edə bilər”.

Qeyd edək ki, hadisə ilə bağlı ölən körpənin anası tutulub, araşdırmalar davam edir.
Oxşar xəbərlər
«    Ocak 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031