dini radikalizm və ekstremizmlə mübarizə

Zaqatalada baş vermiş qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Zaqatalada baş vermiş qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə dekabrın 24-dən 25-nə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayon sakini, 1983-cü il təvəllüdlü Tural Mamed oğlu Gülməmmədov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Zaqataladan Əliabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən qatı duman səbəbindən idarəetməni itirərək avtomaşını yolun kənarındakı ağaca çırpıb. Qəza zamanı sürücü T.Gülməmmədov hadisə yerində dünyasını dəyişib. Sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücünün meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə olan iki nəfər – sürücü T.Gülməmmədovun yaxın qohumları, Teymur İbadullah oğlu Gülməmmədov və Rüfət Gülməmməd oğlu Gülməmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 395
Oxşar xəbərlər
SON XƏBƏRLƏR