dini radikalizm və ekstremizmlə mübarizə

İki uşağı ilə "Megafun"a gedən ana itkin düşüb

İki uşağı ilə "Megafun"a gedən ana itkin düşüb

Bakıda ana iki uşağı ilə birgə itkin düşüb.

Djb.az "Report"a istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Nərimanov rayon ərazisində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Lamiya Əlizadə oğlu - 2010-cu il təvəllüdlü Emil Məmişov və qızı - 2013-cü il təvəllüdlü Günay Məmişova ilə birgə Xətai rayon ərazisində yerləşən "Megafun" əyləncə mərkəzinə gedib. O, bir müddət sonra həyat yoldaşı ilə əlaqə saxlayıb və Ə.Rəcəbli küçəsi-3 ünvanında yaşayan bacısının evinə gedəcəyini deyib və bir daha geri qayıtmayıb.

Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.

Oxunub: 495
Oxşar xəbərlər
SON XƏBƏRLƏR