dini radikalizm və ekstremizmlə mübarizə

Gədəbəydə 65 yaşlı qadın qohumu tərəfindən döyülüb

Gədəbəydə 65 yaşlı qadın qohumu tərəfindən döyülüb

Gədəbəydə döyülmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Əsgərova Zəraf Kamil qızı yaşadığı evdə döyülüb.

Qadın dərhal Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 65 yaşlı qadının vəziyyəti ağır olduğundan Gəncədəki xəstəxanaların birinə aparılıb.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadının yaxınlarının sözlərinə görə, Z.Əsgərova əmisi oğlu tərəfindən döyülüb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 490
Oxşar xəbərlər
SON XƏBƏRLƏR