dini radikalizm və ekstremizmlə mübarizə

Qax sakinini çaqqal dişləyib

Qax sakinini çaqqal dişləyib

Qaxda 32 yaşlı kişini çaqqal dişləyib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Qax şəhər sakini, 1987-ci il təvəllüdlü Ruslan Allahverdi oğlu Bilalov yırtıcı heyvan dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı R.Bilalovu yaşadığı ünvanda çaqqallın dişlədiyi məlum olub. R.Bilalova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Oxunub: 468
Oxşar xəbərlər
SON XƏBƏRLƏR