» » Oğuzda 2 tondan artıq narkotik bitki məhv edilib

Oğuzda 2 tondan artıq narkotik bitki məhv edilib

Oğuzda 2 tondan artıq narkotik bitki məhv edilib

Oğuz rayonunda 2 tondan artıq narkotik bitki məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın şimal-qərb bürosuna verilən məlumata görə, “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Tədbir zamanı rayonun Xaçmaz kəndi ərazisində 2 hektara yaxın ərazidə yabanı halda bitmiş hündürlükləri 60-70 sm, ümumi çəkisi 2 ton 200 kq olan 4150 ədəd narkotik tərkibli çətənə bitkiləri yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz RPŞ-da araşdırma aparılır.
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30