» » Zaqatalada avtomobildən narkotik götürülüb

Zaqatalada avtomobildən narkotik götürülüb

Zaqatalada avtomobildən narkotik götürülüb

Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakən rayonu Poçtbinə kənd sakini Anar Mustafayevin idarə etdiyi və sərnişin qismində həmin avtomobildə əyləşən həmkəndlisi Bəhruz Qardaşov olan “VAZ 2106” markalı avtomobil rayon ərazisində saxlanılıb.

Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən 1 ədəd sellofan torbada 230 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-da araşdırma aparılır.
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30