dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb

Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb

Bakının Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

APA xəbər verir ki, hadisə Bayıl qəsəbəsinə gedən yolda qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçmək istəyən piyada, 1980-ci il təvəllüdlü Nəsirov Malik Koroğlu oğlunu vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona sağ təpə nahiyəsinin və dizin əzilmiş yarası diaqnozu qoyulub. M.Nəsirova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxunub: 514
Oxşar xəbərlər
SON XƏBƏRLƏR