dini radikalizm və ekstremizmlə mübarizə

Göyçay sakini qısqanclıq zəminində həmyerlisini bıçaqlayıb

Göyçay sakini qısqanclıq zəminində həmyerlisini bıçaqlayıb

Göyçay rayonunda iki yeniyetmə arasında baş verən dava insidentlə nəticələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə avqustun 26-da axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsindəki 83 saylı evin qarşısında qeydə alınıb.

Rayon sakini, 2004-cü il təvəllüdlü İsmayılov Sabir Vüqar oğlu qısqanclıq zəminində baş verən dava zamanı üzərində gəzdirdiyi bıçaqla həmyerlisi, 2003-cü il təvəllüdlü Şamilov Nihat Sərdar oğluna ağır bədən xəsarətləri yetirib. Sabir İsmayılov öz evinin qarşısında yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Böyrək və ciyər nahiyəsindən iki bıçaq xəsarəti alan N.Şamilov Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti ağır olan yaralı Reanimasiya şöbəsindədir.

Hadisəni törədən S.İsmayılov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxunub: 497
Oxşar xəbərlər
SON XƏBƏRLƏR