» » Yevlaxda 1 ton narkotik tərkibli bitki aşkarlanıb Yevlaxda 1 ton narkotik tərkibli bitki aşkarlanıb

Yevlaxda 1 ton narkotik tərkibli bitki aşkarlanıb Yevlaxda 1 ton narkotik tərkibli bitki aşkarlanıb

Yevlaxda 1 ton narkotik tərkibli bitki aşkarlanıb Yevlaxda 1 ton narkotik tərkibli bitki aşkarlanıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş-2019” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Qaraoğlan kənd sakini Rəşid Məmmədov saxlanılıb.

R. Məmmədovun kənd qəbiristanlığının yaxınlığındakı 0.05 hektar torpaq sahəsini zəbt edərək həmin ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi təmiz çəkisi 1 ton 152 kiloqram, uzunluğu 1 metrdən - 4 metrədək olan 192 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. Həmçinin ərazidə axtarış zamanı oradan əlavə olaraq 605 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031