dini radikalizm və ekstremizmlə mübarizə

Gəncə hadisələri ilə bağlı həbs olunan daha bir nəfərin cinayət işi məhkəməyə göndərilib

Gəncə hadisələri ilə bağlı həbs olunan daha bir nəfərin cinayət işi məhkəməyə göndərilib

Gəncə hadisələri ilə bağlı həbs olunan Pərviz Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.

Məhkəmin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, P. Bayramov 3 iyul 2018-ci il tarixdə radikal dini baxışlara malik Yunis Səfərov və digərləri tərəfindən Gəncə şəhərində törədilmiş terror aktı, qəsdən adam öldürməyə cəhd, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair faktlarla bağlı başlanmış cinayət işi üzrə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma), 232.3-cü (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham verilib.

Oxunub: 451
Oxşar xəbərlər
SON XƏBƏRLƏR