dini radikalizm və ekstremizmlə mübarizə

Daşkəsəndə “NİVA” aşıb, xəsarət alanlar var

Daşkəsəndə “NİVA” aşıb, xəsarət alanlar var

Daşkəsən rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alaxançallı kəndi istiqamətində qeydə alınıb.

Belə ki. hərəkətdə olan “NİVA” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər, rayon sakinləri - 1998-ci il təvəllüdlü Mübariz Musayev, 2003-cü il təvəllüdlü Namazova Pərvanə bədənin müxtəlif nahiyələrindən xəsarət aldığından xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanadan APA-ya hər iki xəstənin vəziyyətinin orta-ağır olduğu bildirirlib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxunub: 494
Oxşar xəbərlər
SON XƏBƏRLƏR