dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda sərxoş vəziyyətdə ölümlə nəticələnən qəza törədən şəxsin məhkəməsi başlayır

Bakıda sərxoş vəziyyətdə ölümlə nəticələnən qəza törədən şəxsin məhkəməsi başlayır

Bakıda sərxoş vəziyyətdə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Roman Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.


Qeyd edək ki, hadisə bu il Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində baş verib.

Şıx qəsəbəsindən Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan 90-CT-983 dövlət qeydiyyat nişanlı, sürücü Roman Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə 2001-ci il təvəllüdlü Cəfərov Roman Füzuli oğlu xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. 2001-ci il təvəllüdlü Rəhimov Vahid Zöhrab oğlu isə üz və bədən nahiyəsindən sınıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

R. Hacıyevə Cinayət Məcəlləsinin 263.1-3 –cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Oxunub: 689
Oxşar xəbərlər
SON XƏBƏRLƏR