dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda sürücünün vuraraq atıb qaçdığı qadın piyada ölüb

Bakıda sürücünün vuraraq atıb qaçdığı qadın piyada ölüb

Suraxanı rayonunda qadın yolu keçərkən avtomobil tərəfindən vurulub.

APA xəbər verir ki, hadisə Suraxanı bazarının yaxınlığında baş verib.

Minik avtomobili şəxsiyyəti hələlik bəlli olmayan təxminən, 50 yaşlı qadını vurub. Hadisədən sonra sürücü ərazidən yayınıb.


Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş yarası diaqnozu qoyulub. Lakin həkimlərin səyinə baxmayaraq yaralı dünyasını dəyişib.

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Faktla bağlıa araşdırma başlanılıb.

Oxunub: 457
Oxşar xəbərlər
SON XƏBƏRLƏR