dini radikalizm və ekstremizmlə mübarizə

Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlərin şikayəti üzrə məhkəmə başlayıb

Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlərin şikayəti üzrə məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədova barələrində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 15-nə təyin edilib.


Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Daha sonra mərkəzin direktoru T.Məmmədhəsənov, mərkəzin işçisi M.Abdullayev, yanğını törətməkdə təqsirləndirilən M.Məmmədov və onun həkimi, şöbə müdiri A.Məmmədova saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Məmmədhəsənov 4 il, M.Abdullayev 3 il 6 ay və M.Məmmədov isə ömürlük azadlıqdan məhrum edilib.

Eyni zamanda, hökmə əsasən, digər təqsirləndirilən A.Məmmədova 5 il müddətinə azadlıqdan məhrum olunub və ona Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza verilib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib

Oxunub: 468
Oxşar xəbərlər
SON XƏBƏRLƏR