dini radikalizm və ekstremizmlə mübarizə

Şamaxıda ərəb turistlərin olduğu maşın qəza törətdi: 1 ölü, 4 yaralı

Şamaxıda ərəb turistlərin olduğu maşın qəza törətdi: 1 ölü, 4 yaralı

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 21:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.

10 NF 093 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin qarşı tərəfdən gələn 10 MS 666 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobili ilə toqquşması nəticəsində 5 nəfərin ağır xəsarət alıb. Xəsarət alan şəxslərdən biri, "VAZ 2107" markalı avtomobilin sürücüsü, Şamaxı sakini, 1951-ci il təvəllüdlü Əhmədov Azadxan Əliyar oğlu rayonun Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Hadisə zamanı Şamaxı şəhər sakini, 1996-cı il təvəllüdlü Mirzəyev Emin Kabus oğlu, ərəb turisti, 1984-cü il təvəllüdlü Ali Yusif Hassan Abdullah Hayi və daha bir ərəb və Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb. Hazırda sonuncuların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 479
Oxşar xəbərlər
SON XƏBƏRLƏR