» » Lənkəran sakini Astarada 5 kiloqram narkotiklə tutulub

Lənkəran sakini Astarada 5 kiloqram narkotiklə tutulub

Lənkəran sakini Astarada 5 kiloqram narkotiklə tutulub

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qaçaqmal yolu ilə gətirilmiş narkotik vasitə olan tiryəki satan Lənkəran şəhər sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqadər məhkum olunmuş Azad Həsənov narkotik vasitə olan tiryəki satdıqdan sonra cinayət başında saxlanılıb. Onun üzərinə və əlində daşıdığı sellafon torbaya keçirilən baxış zamanı 6 bükümdə ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Araşdırmalarla həmin narkotik vasitənin Respubika ərazisinə qaçaqmal yolu ilə keçirildiyi müəyyən edilib.


Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930