dini radikalizm və ekstremizmlə mübarizə

Banqladeşdə qatar relsdən çıxaraq çaya düşüb, 5 nəfər ölüb

Banqladeşdə qatar relsdən çıxaraq çaya düşüb, 5 nəfər ölüb

Banqladeşin şərqində yerləşən Maulvibazar körpüsündə qatarın qəzaya uğraması nəticəsində beş nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Daily Star” qəzeti məlumat yayıb.

İlkin məlumata görə, insident nəticəsində 100-dək sərnişin də xəsarət alıb. Belə ki, körpüdən keçən zaman vaqonlardan biri relsdən çıxıb və çaya düşüb.

Qatarın vaqonlarından daha ikisi isə çayın sahilinə yuvarlanıb.



Bütün yaralılar xəstəxanalara yerləşdirilib. Hazırda hadisə yerində polis araşdırma aparır.

Oxunub: 512
Oxşar xəbərlər
SON XƏBƏRLƏR