dini radikalizm və ekstremizmlə mübarizə

Şəkidə 5 ton narkotik tərkibli bitki məhv edilib

Şəkidə 5 ton narkotik tərkibli bitki məhv edilib

Şəki Şəhər Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları “Xaş-xaş 2019” tədbirlər planına uyğun olaraq birgə əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çapağan kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 5 tondan artıq olan 18350 ədəd narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.


Faktla bağlı araşdırma aparılır.

Oxunub: 546
Oxşar xəbərlər
SON XƏBƏRLƏR