dini radikalizm və ekstremizmlə mübarizə

Kürdə batan yeniyetmə qardaşlardan birinin meyiti tapılıb

Kürdə batan yeniyetmə qardaşlardan birinin meyiti tapılıb

Salyanda Kür çayında batan qardaşlardan birinin meyiti tapılaraq sudan çıxarılıb.

APA-nın məlumatına görə, iyunun 21-də günorta saatlarında Salyan rayonunun Aşağı Noxudlu kənd sakinləri - 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlu və 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlu Kür çayında çimərkən boğulublar.

FHN-nin dalğıc-xilasedicilərinin apardığı axtarışlar nəticəsində bu gün səhər saatlarında 13 yaşlı Rəvan Sadıqovun meyiti batdığı yerdən 5 km aralıda aşkarlanaraq, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Digər qardaşın da axtarışları davam etdirilir.

Oxunub: 525
Oxşar xəbərlər
SON XƏBƏRLƏR