dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə güclü yanğın üç evi külə çevirib

Mingəçevirdə güclü yanğın üç evi külə çevirib

Mingəçevirdə yaşayış massivində güclü yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə az öncə Energetik yaşayış massivində, məcburi köçkünlərin məskunlaşdığı "Üçüncü" qəsəbə deyilən ərazidə qeydə alınıb.

Yaşayış sektorunu bürüyən yanğının söndürülməsi üçün əraziyə FHN-in yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın lokallaşdırılaraq söndürülüb.


Hadisə nəticəsində, ikisi ciddi olmaqla, 3 ev alovdan yararsız hala düşüb. Yanğın yerinə, həmçinin təcili tibbi yardım briqadaları cəlb olunub. Hər hansı xəsarətin, yaxud boğulma halının olub-olmaması dəqiqləşdirilir.

Oxunub: 491
Oxşar xəbərlər
SON XƏBƏRLƏR