dini radikalizm və ekstremizmlə mübarizə

Şəki sakini tanışı tərəfindən döyülərək xəsarət alıb

Şəki sakini tanışı tərəfindən döyülərək xəsarət alıb

Şəkidə 56 yaşlı kişi tanışı tərəfindən döyülüb.

APA xəbər verir ki, iyunun 13-də axşam saat 23:00 radələrində rayonun Böyük Dəhnə kənd sakini, 1963-cü il təvəllüdlü İslam Məmməd oğlu Məmmədov bədəninin müxtəlif nahiyələrinin küt travması və kəsilmiş-cırılmış yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Məlumata görə, İ.Məmmədov yaşadığı kəndin ərazisində adını açıqlamadığı tanışı tərəfindən döyülüb, ona kəsici alətlə xəsarət yetirilib. İ.Məmmədovun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır kimi qiymətləndirilir.


Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxunub: 520
Oxşar xəbərlər
SON XƏBƏRLƏR