dini radikalizm və ekstremizmlə mübarizə

Qısqanclıq zəminində arvadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Qısqanclıq zəminində arvadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Bakıda arvadını qısqanclıq zəminində öldürməyə cəhddə təqsirli bilinən Sənan Seyidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, Sənan Seyidov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü Rəna İsayeva yaşadığı evdə keçmiş əri Sənan Seyidov ilə mübahisə edib. Əri qısqanclıq zəminində ona bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Xəzər rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Sənan Seyidovu həbs edilib.

İstintaq orqanı tərəfindən Sənan Seyidovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Oxunub: 535
Oxşar xəbərlər
SON XƏBƏRLƏR