dini radikalizm və ekstremizmlə mübarizə

Həyat yoldaşı və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı başa çatıb

Həyat yoldaşı və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı başa çatıb

Şəmkirdə həyat yoldaşı və qayınanasına öldürməyə cəhddə təqsirləndirilən 1987-ci il təvəllüdlü Elnar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın məlumatına görə, E. Cəfərovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, hadisə bu il fevralın 14-də rayonun Kür qəsəbəsində baş verib.

Kənd sakini, 1987-ci il təvəllüdlü Elnar Cəfərov aralarında yaranmış mübahisə nəticəsində həyət yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Cəfərovanı və qayınanası, 1957-ci il təvəllüdlü Nailə Əyyubovanı mətbəxdən götürdüyü çapacaqla vuraraq öldürməyə cəhd edib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Oxunub: 647
Oxşar xəbərlər
SON XƏBƏRLƏR