dini radikalizm və ekstremizmlə mübarizə

Prokurorluq bacısını öldürmək istəyənlə bağlı protest verib

Prokurorluq bacısını öldürmək istəyənlə bağlı protest verib
Bakıda bacısını qətlə yetirməyə cəhddə ittiham edilən Niyaməddin Məmmədov barəsində olan hökmdən prokurorluq Ali Məhkəməyə protest verib.

ONA-nın məlumatına görə prokurorluğun protesti Ali Məhkəmədə Tahir Kazımovun icraatına verilib.

Protestə yaxın günlərdə baxılacaq.

İttiham aktına görə, Xətai rayonunda kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı N. Məmmədov tərəfindən bıçaqlanıb.

Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

N. Məmmədov ailəli münaqişəsi zəmində bıçaqlayıb.

İstintaq orqanı tərəfindən N. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun ittiham olduğu maddə tövsiyə edilib və N. Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluq N. Məmmədov barəsində hökmdən protest verib. Bakı Apellyasiya Məhkəməsində prokurorluğun protesti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Oxunub: 553
Oxşar xəbərlər
SON XƏBƏRLƏR