dini radikalizm və ekstremizmlə mübarizə

Göyçayda ev yanıb

Göyçayda ev yanıb
Göyçay rayonunda yanğın baş verib.

ONA-nın xəbərinə görə, hadisə gecə rayonun Hüngütlü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Zülfiqar Hacıyevə məxsus ümumi sahəsi 130 kv/mr olan birmərtəbəli 3 otaqdan ibarət evin yanar konstruksiyaları içəridəki əşyalarla birlikdə 106 kv/m sahədə yanıb. Hadisə yerinə dərhal Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib. Tez bir zamanda alovun qarşısını almaq mümkün olub. Yanğından evin qalan hissəsi və ona bitişik ümumi sahəsi 127 kv/m olan talvarı mühafizə olunub.

Yanğın zamanı evdə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Hadisənin güclü külək nəticəsində elektrik naqillərində yaranmış qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.

Oxunub: 549
Oxşar xəbərlər
SON XƏBƏRLƏR