dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə mikroavtobus süd satan piyadanı vuraraq öldürüb

Mingəçevirdə mikroavtobus süd satan piyadanı vuraraq öldürüb
Mingəçevir şəhərində mikroavtobus yolu keçən süd satan piyadanı vuraraq öldürüb.

ONA-nın məlumatına görə, hadisə səhər tezdən şəhərin Təbriz küçəsində baş verib.

Belə ki, 4 saylı marşurut üzrə hərəkət edən sprinter mikroavtobus təxminən 55-60 yaşlı Ismayılova Şölə Qafar qızını vuraraq ağır xəsarət yetirib. Hadisə piyada yolu keçmək istəyərkən baş verib. Onun süd satan olduğu deyilir. Qəza nəticəsində qadının satmaq üçün götürdüyü süd və qatıq məhsulları yola dağılıb.

Ətrafındakıların köməyi ilə xəstəxanaya qaldırılan yaralı qadın ora çatanadək yolda keçinib.

Qeyd edək ki, qəza zamanı mikroavtobusda sərnişin olmayıb. Sürücü səhər tezdən işlədiyi marşurut xəttə üzrə yola çıxırmış. Hadisə də məhz bu zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 464
Oxşar xəbərlər
SON XƏBƏRLƏR