dini radikalizm və ekstremizmlə mübarizə

Bir gündə 28 nəfər saxlanıldı - Azərbaycanda

Bir gündə 28 nəfər saxlanıldı - Azərbaycanda
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Djb.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 20-də törədilən 19 cinayətin üstü “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Ölkənin avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Oxunub: 491
Oxşar xəbərlər
SON XƏBƏRLƏR