dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda qız yaşlı anasını döyərək evdən çölə atıb

Bakıda qız yaşlı anasını döyərək evdən çölə atıb
Djb.az xəbər verir ki, Bakının Nərimanov rayonu Rufulla Axundov küçəsində yerləşən mənzildə qızı Arzu Əkbərova tərəfindən döyülən 1966-cı il təvəllüdlü Məhbubə Əkbərova ONA-ya baş vermiş hadisənin təfərrüatı barədə məlumat verib.

Məlum olub ki, M.Əkbərovanın biri qız, bir oğlan olmaqla əkiz övladı var. O, illər öncə itkin düşən əkizlərinin tapılması üçün polisə müraciət edib. 2015-ci ildə axtarış nəticəsində qızı A,Əkbərova tapılıb. M.Əkbərova 2017-ci ildən qızının məskunlaşdığı Nərimanov rayonundakı mənzilində yaşayıb. Bu gün isə A.Əkbərova evi satacağını anasına deyərək onun bu mənzildən qeydiyyatdan çıxmasını tələb edib. Qızı ona bildirib ki, bundan sonra Türkiyədə yaşayacaq. Bundan sonra ana və qızı arasında mübahisə düşüb.


M.Əkbərova iddia edir ki, mübahisə zəmnində qızı onu kibrit vasitəsilə yandırmağa çalışıb.

Oxunub: 517
Oxşar xəbərlər
SON XƏBƏRLƏR