» » Azərbaycana gələn İran vətəndaşında psixotrop maddə aşkarlanıb

Azərbaycana gələn İran vətəndaşında psixotrop maddə aşkarlanıb

Azərbaycana gələn İran vətəndaşında psixotrop maddə aşkarlanıb
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Zolfagharı Sabzeh Khanı Hanıeh Alı qızı Biləsuvar gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Djb.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən ATV.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı həkim müayinəsinə zərurət yaranıb. Müayinə zamanı onun daxili bədən boşluğundan ümumilikdə 3 ədəd, sellofan bükümdə xalis çəkisi 162,54 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar edilib.


Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.


Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031