dini radikalizm və ekstremizmlə mübarizə

Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb

Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb
Beyləqan rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Djb.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, mayın 14-də Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ağcabədi rayon sakini Məhərrəm Məmmədov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oxunub: 525
Oxşar xəbərlər
SON XƏBƏRLƏR