dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə təmir aparılan yolda iki maşın toqquşub

Mingəçevirdə təmir aparılan yolda iki maşın toqquşub
Mingəçevirdə yol qəzası baş verib.

Djb.az-in ONA-ya istinadən məlumatına gorə, hadisə Qələbə meydanında qeydə alınıb.


Meydanda yerləşən yol dairəsində aparılan təmir işləri yol-nəqliyyat hadisəsinə səbəb olub. “VAZ-2109” markalı avtomobil əks istiqamətdən gələn “Hyundai” markalı maşınla toqquşub. Hadisə “Hyundai” markalı avtomobilin sürücüsünün yol dairəsində təmirlə əlaqədar hərəkət istiqamətini səhv salması nəticəsində baş verib.


Qəza nəticəsində hər iki avtomobil, xüsusilə də “VAZ” ciddi zərər görüb. Sonuncunun sürücüsü toqquşmada yüngül xəsarət alıb.


Faktla bağlı araşdırma aparılır.

Oxunub: 563
Oxşar xəbərlər
SON XƏBƏRLƏR