dini radikalizm və ekstremizmlə mübarizə

Qaxda avtomobil qaçıran yeniyetmə saxlanılıb

Qaxda avtomobil qaçıran yeniyetmə saxlanılıb
Qaxda həmyerlisinin avtomobilini qaçıran yeniyetmə saxlanılıb.

Djb.az xəbər verir ki, DİN mətbuat xidmətinin Şəki regional qrupundan ONA-nın şimal-qərb bürosuna verilən məlumata görə, Qax şəhər sakini İlham Qasımov DİN-in “ 102” Zəng Mərkəzi xidməti ilə əlaqə saxlayaraq mayın 4-dən 5-nə keçən gecə ona məxsus “ VAZ 2106” markalı avtomobilin evinin qarşısından qaçırılması barədə məlumat verib. Məlumat aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.


Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Oxunub: 535
Oxşar xəbərlər
SON XƏBƏRLƏR