dini radikalizm və ekstremizmlə mübarizə

Vergilər Nazirliyinin əməkdaşları Hüseyn Abdullayevin dövlətə vurduğu zərəri açıqlayıb

Vergilər Nazirliyinin əməkdaşları Hüseyn Abdullayevin dövlətə vurduğu zərəri açıqlayıb
Bu gün sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Djb.az-in ONA-ya istinadən məlumatına gorə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə mülki iddiaçı və şahidlər dindirilib.

Vergilər Nazirliyinin əməkdaşları Qoşqar Bədirxanov və Xəyal Əhmədov məhkəmə iclasında mülki iddiaçı kimi ifadə verərək iddianı müdafiə etdiklərini bildiriblər. Onlar qeyd edib ki, Hüseyn Abdullayev əldə etdiyi qazancdan ödəməli olduğu 23 milyon 689 min manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb. Onlar ifadələrində həmçinin qeyd ediblər ki, sabiq deputat «Kənan S» MMC-də 2011-2014-cü illər ərzində mövsümi işçilərin sayını bilərəkdən azaldaraq muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalı olan vergini anası Zeynəb Abdullayeva ilə birlikdə ödəməkdən yayındırıb.

Məhkəmədə həmçinin müəyyən olunub ki, H.Abdullayev anası Zeynəb Abdullayeva ilə birlikdə fəaliyyətinə rəhbərlik etdiyi «Araz-SA» MMC-nin istifadəsində olan torpaq sahəsinin ölçülərini 2011-2017-ci illər ərzində vergi orqanına təqdim edilmiş rəsmi bəyannamələrdə qəsdən azaldaraq ümumilikdə 171 min 500 manat məbləğində külli miqdarda əmlak torpaq vergisini Zeynəb Abdullayeva ilə birlikdə qəsdən ödəməkdən boyun qaçırıb.


Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.

Oxunub: 570
Oxşar xəbərlər
SON XƏBƏRLƏR