dini radikalizm və ekstremizmlə mübarizə

Deputatın avtomobili ilə dəhşətli qəza - Piyada yerindəcə keçindi/Məhkəmə

Deputatın avtomobili ilə dəhşətli qəza - Piyada yerindəcə keçindi/Məhkəmə
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi Abasov və Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanıb.

Djb.az-ın Report.az-a istinadən məlumatına gorə, Xəzər Rayon Məhkəməsində keçiriləcək iclas aprelin 26-na təyin edilib.


Cinayət işi hakim Tərlan Əkbərovun icraatında araşdırılacaq. Zərərçəkmiş qismində Milli Məclisin deputatı Cavanşir Feyziyev tanınıb.


Xatırladaq ki, hadisə ötən il Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.


Daha sonra qəzanı törədən F.Abasov və A.Əliyev cinayət məsuliyyətinə cəlb edilib.


Qeyd edək ki, “Porsche Cayenne GTS” markalı avtomobil deputat C.Feyziyevin adınadır.

Oxunub: 527
Oxşar xəbərlər
SON XƏBƏRLƏR