» » Bir gündə 25 cinayətin üstü açıldı - RƏSMİ

Bir gündə 25 cinayətin üstü açıldı - RƏSMİ

Bir gündə 25 cinayətin üstü açıldı - RƏSMİ
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb.

Djb.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.
Oxşar xəbərlər
«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930