Bakıda evdən meyit tapılıb.
Djb.az-in Unikal.org-a istinadən məlumatına gorə, aprelin 16-da saat 17 radələrində Bakı şəhəri Nizami rayonunda yaşayan, 1940-cı il təvəllüdlü Əliyev Əkrəm Məmməd oğlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evin hamam otağında aşkar edilib.
Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.