dini radikalizm və ekstremizmlə mübarizə

Saatlıda 48 yaşlı kişi özünü öldürmək istədi - son anda...

Saatlıda 48 yaşlı kişi özünü öldürmək istədi - son anda...
Saatlı rayonunda intihara cəhd hadisəsi baş verib.

Djb.az“Report”a istinadən xəbər verir ki, rayonun Mollavaizli kəndində 1971-ci il təvəllüdlü yerli sakin Ələkbərov Pərviz Hərcavan oğlu yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asıb.


Vaxtında bundan xəbər tutan yaxınları ipi boğazından açaraq, onu xilas ediblər. Sonra P.Ələkbərov Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Oxunub: 678
Oxşar xəbərlər
SON XƏBƏRLƏR