» » FHN Şəkidə yaşayış evində baş verən partlayışla bağlı məlumat yayıb

FHN Şəkidə yaşayış evində baş verən partlayışla bağlı məlumat yayıb

FHN Şəkidə yaşayış evində baş verən partlayışla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Şəkidə yaşayış evində baş verən partlayışla bağlı məlumat yayıb.

Djb.az xəbər verir ki, Nazirlikdən ONA-ya verilən məlumata görə, Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində mənzilin yanar konstruksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambrindən ibarət tavanı 7 m² sahədə qarsalanıb. Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930