dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanlı narkobaron qadının işi MƏHKƏMƏDƏ

Azərbaycanlı narkobaron qadının işi MƏHKƏMƏDƏ

İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirməkdə təqsirləndirilən Ülviyyə Abdullayeva, Xalidə Ağayeva və İbrahim Əhmədovun barələrindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Respublika tv-nin lenta.az-a istinadən məlumatına gorə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Samir Əliyevin icraatına verilib və məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.


Qeyd edək ki, ötən il iyunun 30-da keçirilmiş əməliyyat tədbiri nəticəsin­də Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.


Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticə­sin­də Astarada narko­tik vasitəni qəbul edərək sifarişçiyə çatdır­malı olan As­ta­ra şəhər sakini, 1987-ci il təvəllüdlü Abdullayeva Ülviyyə Mahir qızı saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti mü­əy­­yən olunub.


İyulun 1-də narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qey­ri-qanuni dövriy­yəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olun­muş Corat qəsəbə sakini 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı saxlanılıb.

Oxunub: 602
Oxşar xəbərlər
SON XƏBƏRLƏR