dini radikalizm və ekstremizmlə mübarizə

Psixotrop dərman satan şəxs ələ keçdi

Psixotrop dərman satan şəxs ələ keçdi
Ağdaş rayonunda narkotik vasitələrin, eləcə də güclü təsiredici xüsusiyyətə malik dərman preparatlarının qanunsuz dövriyyəsi ilə məğul olan şəxs ələ keçirilib.

Djb.az DİN-ə istinadən xəbər verir ki, bununla bağlı şəhər sakini 38 yaşlı Alim Quliyev saxlanılıb. Onun başqa bir şəxsə psixotrop tərkibli 2 ədəd “Tramadol” həbini satmaq istədiyi müəyyən olunub. A. Quliyevin yaşadığı evə də baxış keçirilib.

Baxış zamanı oradan 12,26 qram qurudulmuş marixuana, 360 ədəd “ Tramadol” və 12 ədəd “Pregabalin” adlı güclü təsiredici xüsusiyyətə malik dərmanlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir

Oxunub: 534
Oxşar xəbərlər
SON XƏBƏRLƏR