dini radikalizm və ekstremizmlə mübarizə

Sumqayıtda evdə partlayış olub, ana və qızı yanıq xəsarətləri alıb

Sumqayıtda evdə partlayış olub, ana və qızı yanıq xəsarətləri alıb
Bu gün səhər saatlarında Sumqayıt şəhəri Yaşma bağları yaşayış massivində fərdi yaşayış evlərinin birində partlayış olub.
Djb.az-ın ONA-ya istinadən məlumatına gorə,evdə qaz balonu partlayıb.
Partlayış nəticəsində 1986-cı il təvəllüdlü Məmmədova Samirə Şakir qızı və onun övladı 2012-ci il təvəllüdlü Məmmədova Aliyə Əhməd qızı yanıq xəsarətləri alıblar.
Ananın bədəninin 60 faizi yanıb. Ona hər iki aşağı və yuxarı ətrafın, üzün, boynun 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. A.Məmmədovanın isə bədəninin 25 faizi yanıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Hər iki şəxsin vəziyyəti ağırlaşdığından, onlar Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Oxunub: 525
Oxşar xəbərlər
SON XƏBƏRLƏR