dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda avtobus minik avtomobili ilə toqquşub, ölən var

Bakıda avtobus minik avtomobili ilə toqquşub, ölən var
Bakının Qaradağ rayonunda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

ONA-nın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb. 1964-cu il təvəllüdlü Hüseynov Rövşən Lətif oğlu idarə etdiyi “Mercedes-Benz- Sprinters” markalı avtobusla Bakı şəhəri, Lökbatan qəsəbəsində yaşayan Babayev Əlibala İbrahim oğlunun idarə etdiyi “VAZ-21099” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-21099”un sürücüsü Ə.Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Həmin avtomobildə olan sərnişin, 1976-cı il təvəllüdlü Qəhrəmanov Fazil Qədir oğlu xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 585
Oxşar xəbərlər
SON XƏBƏRLƏR