dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda polis soyğunçuluq etmiş şəxsi saxlayıb

Bakıda polis soyğunçuluq etmiş şəxsi saxlayıb
Bakıda əcnəbi vətəndaşı soymuş Yevlax rayon sakini saxlanılıb. Hadisə ilə bağlı DİN Mətbuat Xidmətindən
Respublika tv-nin Trend.az-a istinadən məlumatına gorə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş saat 3 radələrində Z.Əliyeva küçəsində naməlum şəxsin onun içərisində 200 manatı və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və bu cinayət əməlini törədən şəxs qısa müddətdə müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini A.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Oxunub: 562
Oxşar xəbərlər
SON XƏBƏRLƏR