dini radikalizm və ekstremizmlə mübarizə

Qəbələdə 9-cu sinif şagirdi bıçaqlanıb

Qəbələdə 9-cu sinif şagirdi bıçaqlanıb
Qəbələ rayonunda bıçaqlanma hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, Qəbələ şəhər sakini, 2004-cü il təvəllüdlü Xəlilov Sübhan Adil oğlu sağ döş qəfəsin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Qəbələ Regional Diaqnostika Mərkəzinin cərrahiyə şöbəsinə çatdırılıb.

Təcili əməliyyat olunan 15 yaşlı məktəblinin həyatını xilas etmək mümkün olub.

Onun kimin tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxunub: 568
Oxşar xəbərlər
SON XƏBƏRLƏR