dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə dronlu əməliyyat: azərbaycanlı fahişələr tutuldu

Türkiyədə dronlu əməliyyat: azərbaycanlı fahişələr tutuldu
Türkiyənin Sakarya bölgəsində polis əməliyyat keçirib.

Djb.az Yeniakit.com.tr-ə istinadən xəbər verir ki, əməliyyat zamanı qadınları fahişəliyə cəlb edən dörd nəfər saxlanılıb.

Onlardan ikisi barəsində həbs qərarı çıxarılıb.

Saxlanılan şəxslərdən birinin üzərindən odlu silah aşkar edilib. Əməliyyat zamanı şübhəlilərin qaçma ehtimalının qarşısını almaq üçün dronlardan istifadə edilib.

Bundan başqa, fahişəliklə məşğul olan altı qadın saxlanılıb. Onlardan ikisi Azərbaycan, biri Özbəkistan, üçü isə Türkiyə vətəndaşıdır.

Məlumatlara görə, əcnəbi qadınlar Türkiyədən deportasiya edilib.

Oxunub: 569
Oxşar xəbərlər
SON XƏBƏRLƏR