» » Bakıda həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb

Bakıda həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb

Bakıda həbsxanaya telefon keçirilməsinin qarşısı alınıb
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən ONA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.1; 182.2.1; 182.2.4; 310 və 66.3-cü maddələrinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həsənov Babək Elbrus oğlu ilə qısamüddətli görüşə gəlmiş bibisi oğlu Daşkəsən rayon sakini Rəsulov Ədalət Əlağa oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki pencəyin cibində 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031